Bank Of Baku

Kvemo-Kartli qubernatoru David Kirkitadze Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib

Kvemo-Kartli qubernatoru David Kirkitadze Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib
# 02 mart 2010 16:57 (UTC +04:00)
Balakən-Qax. Vüqar Heydərov-APA. Gürcüstan Kvemo-Kartli qubernatoru David Kirkitadze Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Kvemo Kartli quberniyasının qubernatoru David Kirkitadze və onu müşahidə edən nümayəndə heyətinin Azərbaycanın şimal-qərb bölgəsinə səfəri Balakən rayonundan başlayıb. Qonaqlar ilk öncə Balakən rayonunda Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev muzeyi ilə yaxından tanış olublar. David Kirkitadze və onu müşahidə edən nümayəndə heyəti daha sonra ingiloyların kompakt şəkildə yaşadığı İtitala kəndində olublar. İngiloyların yaşam tərzi ilə yaxından tanış olan heyət İtitala kənd orta məktəbi və kənd mədəniyyət evinə də baş çəkiblər.

Nümayəndə heyəti həmçinin Zaqatala və Qax rayonuna da səfər ediblər. Qax rayonu ilə qısa tanışlıqdan sonra heyət gürcülərin yaşadığı Qaxingiloy kəndinə gedib. David Kirkitadze Qaxingiloy kəndində yaşayan gürcülərin yaşam tərzi ilə maraqlanıb, kənd kilsəsinə baş çəkib. Nümayəndə heyətini səfərdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR