Bank Of Baku

Mirmahmud Mirəlioğlu: ““Azadlıq” blokunun qəbul etdiyi qərarda başqa məqsədlər var”

Mirmahmud Mirəlioğlu: ““Azadlıq” blokunun qəbul etdiyi qərarda başqa məqsədlər var”
# 04 mart 2010 11:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mən mövcud siyasi şəraitdə psixoloji durum nədir, onu bilmirəm. “Azadlıq” blokunun qəbul etdiyi qərarda yəqin ki, başqa məqsədlər var. Onlar psixoloji seçimlə məşğuldurlarsa, o zaman bu məsələ mənlik deyil”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Azadlıq” blokunun Demokratiya Uğrunda İttifaqın (DUİ) əməkdaşlıq təklifinə mənfi cavabını dəyərləndirərkən deyib. M. Mirəlioğlu bildirib ki, ittifaqın təklifini blok rəhbərliyinə təqdim edərkən onlar bunu normal qarşılayıblar: “Amma bu gün başqa bir bəhanə gətirirlər. Biz onlara rəsmi müraciət etmişik və hazırda rəsmi cavab gözləyirik. Əgər biz bu məsələlərlə bağlı açıqlamalara, müsahibələrə fikir versəydik, onda yanvarın 22-dən bəri gözləməzdik. Hesab edirəm ki, münasibətimizi bildirmək üçün rəsmi cavablarını da almalıyıq”.

M. Mirəlioğlu bundan sonra “Azadlıq” bloku ilə DUİ arasında əməkdaşlığın mümkün olub-olmaması barədə suala cavabında hər şeyin mümkün olduğunu deyib: “Amma adam əməkdaşlıq edənlərlə əməkdaşlıq edər. Əməkdaşlıq etməyənlərlə nə edə bilərik?! Bu gün “Azadlıq” bloku ilə əməkdaşlıq imkanları görünmür. Adamlar istəmirlərsə və məqsədəuyğun saymırlarsa, deməli, bu məsələ artıq birtərəfli şəkildə qapandı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR