Bank Of Baku

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP rəhbərliyi ilə görüşüb

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru AMİP rəhbərliyi ilə görüşüb
# 04 mart 2010 14:21 (UTC +04:00)
Bakı – APA. AMİP-in müvəqqəti qərargahında partiya rəhbərliyi ilə ABŞ Milli Demokratiya İnstitutunun ölkə üzrə yeni təyin olunmuş direktoru Aleks Qriqoryevs arasında görüş keçirilib. AMİP-dən APA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə predmeti Azərbaycandakı demokratik təsisatların durumu, ictimai-siyasi vəziyyət, eləcə də qarşıdan gələn parlament seçkiləri olub.

Baş katib Fuad Muxtarov hakimiyyətin demokratik təsisatlara, vətəndaş cəmiyyətinə, azad mətbuata son dərəcə dözümsüzlük nümayiş etdirməsindən, fundamental insan hüquq və azadlıqlarını daha intensiv pozulmasından narahatlığını ifadə edib.

Aleks Qriqoryevs isə təmsil etdiyi qurumun Azərbaycanda hüquqi və demokratik cəmiyyətin qurulmasında maraqlı olduğunu və bunun üçün imkanları daxilində bu prosesə köməklik göstərdiklərini bildirib.

Görüşdə ABŞ Milli Demokratiya İnstitutu ilə AMİP arasında əməkdaşlığın bundan sonra da daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR