Bank Of Baku

DAK “Səhər” telekanalının Azərbaycan ərazisində yayımının əngəllənməsini tələb edir

DAK “Səhər” telekanalının Azərbaycan ərazisində yayımının əngəllənməsini tələb edir
# 04 mart 2010 16:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) “”Səhər” telekanalı dövlətçiliyimizə qarşı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə DAK rəhbərliyi ilə yanaşı, gənc politoloqlar, tələbələr iştirak edib.

DAK-ın mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli bildirib ki, İranda yayımlanan “Səhər” telekanalında Azərbaycan və onun dövlətçiliyinə qarşı aparılan təbliğat mütəmadi xarakter alıb və bununla bağlı tədbirlərin görülməsinə ehtiyac var: “Rəsmi görüşlərdə özünü "Azərbaycan xalqının, Azərbaycan müsəlmanlarının dostu" adlandıran İran rəsmilərinin icazəsi ilə yayımlanan bu telekanal hər gün efirindən müstəqil Azərbaycana qarşı kampaniya aparır, vətəndaşı dövlətə qarşı qaldırır. Telekanalın efirində özləri kimi düşünən Azərbaycan vətəndaşlarını danışdırır, dünyəvi dövləti, Azərbaycanın xarici siyasətini, dünyəvi təhsil sistemini, tanınmış aydınları hədəfə alır, onlara qarşı şəxsiyyət terroru aparırlar”.

Müzakirələrdən sonra bəyanat yayılıb. Bəyanatda bildirilir ki, Azərbaycanın güc strukturları aidiyyəti qurumları bu təhlükəni önləyən addımlar atmalı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Səhər” telekanalının Azərbaycanda yayılmasının qarşısını almalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR