Bank Of Baku

Müasir tibbi yardım avtomobillərin alınması üçün Səhiyyə Nazirliyinə 7 milyon manat məbləğində vəsait ayrılıb

Müasir tibbi yardım avtomobillərin alınması üçün Səhiyyə Nazirliyinə 7 milyon manat məbləğində vəsait ayrılıb
# 04 mart 2010 17:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan prezidenti İlham Əliyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılması və yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə 2010-cu ilin dövlət büdcəsindən nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan müasir tibbi yardım avtomobillərin alınması üçün Səhiyyə Nazirliyinə 7 milyon manat məbləğində vəsait ayrılması qeyd olunub. Maliyyə Nazirliyinə isə sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR