Bank Of Baku

YAP Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”ya etiraz məktubu göndərib

YAP Rusiyada nəşr olunan “Nezavisimaya qazeta”ya etiraz məktubu göndərib
# 05 mart 2010 14:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyası (YAP) Rusiyanın “Nezavisimaya qazeta” qəzetində dərc olunmuş “Xocalı: həqiqət və uydurma” adlı məqaləsi ilə əlaqədar bu qəzetə etiraz məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qəzetin 5 mart tarixli sayında Sergey Zvyagin adlı müəllifin Xocalı soyqırımına həsr olunmuş yazı ilə çıxış edib. Partiya bildirib ki, müəllif heç bir ciddi araşdırma aparmadan Xocalı hadisələrində məsuliyyəti Azərbaycan tərəfinin üzərinə qoymağa çalışıb və açıq-aşkar ermənilərin mövqeyindən çıxış edib. S. Zvyagin həmçinin 1988-ci il Sumqayıt və 1990-cı il Bakıda Sovet imperiyasının xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə baş verən hadisələri ermənilərə qarşı qırğın kimi səciyyələndirməyə çalışıb: “Üzdəniraq “jurnalist” daha da uzağa gedərək Azərbaycan tərəfini Türkiyə ilə birlikdə bütün bu məsələlərdən istifadədə və ermənilər əleyhinə səs-küylü təbliğat kampaniyası aparmaqda ittiham edib”.

YAP “Nezavisimaya qazeta”nı millətlərarası münaqişələrdən və xüsusilə də Dağlıq Qarabağ konflikti kimi mürəkkəb məsələlərdən yazarkən obyektiv olmağa, faktları tərif etməməyə və qərəzli mövqe tutmamağa çağırıb. Məktubda oxucuları çaşdırmağa yönələn belə mövqenin qəzetinizin obyektiv imicinə ciddi zərbə vurduğu və jurnalistikanın bütün fundamental prinsiplərinə ziddir olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR