Bank Of Baku

Azərbaycan Milli Məclisi ABŞ Konqresində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbuluna etiraz olaraq müraciət qəbul edib

Azərbaycan Milli Məclisi ABŞ Konqresində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbuluna etiraz olaraq müraciət qəbul edib
# 05 mart 2010 14:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, müraciəti MM-də məsələ ilə bağlı yaradılan İşçi Qrupunun sədri, parlamentin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Səməd Seyidov təqdim edib.

Müraciətdə ABŞ Konqresinin komitəsində belə bir qərarın qəbul olunmasının ədalətsiz olduğu bildirilib. Qeyd olunub ki, bu, ön Asiya və Cənubi Qafqazda gedən proseslərə mənfi təsir edəcək. Müraciətdə daha sonra Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı qeyd edilib, soyqırımları ilə bağlı məsələni araşdırmağın tarixin işi olduğu vurğulanıb: “Ümid etmək istəyirik ki, ABŞ kimi demokratik imicə malik bir dövlət ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcək belə bir qərarın qəbul olunmasına yol verməyəcək”.

MM-in spikeri Oqtay Əsədov müraciətin çox sanballı olduğunu deyib və sənədin səsə qoyulmasını təklif edib.

Müraciət 108 lehinə olmaqla yek qəbul edilib.

Qeyd edək ki, iclasın ikinci hissəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR