Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifət partiyaları parlament seçkilərinə iki blokla gedəcək”

Sərdar Cəlaloğlu: “Müxalifət partiyaları parlament seçkilərinə iki blokla gedəcək”
# 06 mart 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət partiyaları bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə müxtəlif konfiqurasiyalarla iki blokla gedəcək. Hazırda gedən proseslər bunun real olduğunu göstərir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, yaranacaq blokların arasında müəyyən məsələlərlə bağlı razılaşmanın olması isə problem kimi qalır: “Mənim gəldiyim qənaət bundan ibarətdir ki, müxalifətin ümumi birliyinin yaradılması gündəmdən çıxıb. Çünki bugünə qədər birliklə bağlı konkret bir nəticə yoxdur. Bizim təklifimiz ümumi müxalifətin birliyi ilə bağlıdır, amma bu qəbul olunmur”.

ADP-nin hansı blokda təmsil olunacağına gəldikdə, S. Cəlaloğlu deyib ki, bu hələ dəqiqləşməyib: “Biz siyasi dialoq haqqında qərar qəbul edib siyasi xəttimizdə kəskin radikallıqdan imtina etmişik. Bu baxımdan uyğun platformada olan partiyalarla birliyimiz mümkündür. Amma bu o demək deyil ki, biz qapıları bağlayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR