Bank Of Baku

Vəhdət Partiyası parlamentə “Azərbaycanlıların soyqırımı haqqında” qanun layihəsi təqdim edib

Vəhdət Partiyası parlamentə “Azərbaycanlıların soyqırımı haqqında” qanun layihəsi təqdim edib
# 06 mart 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vəhdət Partiyası “Azərbaycanlıların soyqırımı haqqında” qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.Bu barədə APA-ya partiyanın sədri Tahir Kərimli bildirib. T.Kərimli deyib ki, zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımlar törədilib, amma bununla bağlı Azərbaycan tərəfindən real addımlar atılmayıb: «Bizim təqdim etdiyimiz qanun layihəsində soyqırım abidəsinin qoyulması ilə bərabər soyqırımın tərifi verilib, eyni zamanda qoyulacaq abidənin protokola salınması nəzərdə tutulur. Son 200 ildə ermənilər azərbaycanlıları soyqırıma məruz qoyub. Burada təkcə insanları öldürmək deyil, deportasiyalar, işgəncələr baş verib. Azərbaycanda soyqırımı gününün qəbul olunması, onun beynəlxalq ictimaiyyət qarşısında qaldırılması da qanun layihəsinə əlavə edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR