Bank Of Baku

BAXCP deputatlığa namizədlərini müəyyənləşdirir

BAXCP deputatlığa namizədlərini müəyyənləşdirir
# 09 mart 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda İdarə Heyətinin üzvləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin ötən toplantısında ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin qəbul edilməsinə etirazını, eləcə də partiya sədrinin verdiyi bəyanatı birmənalı olaraq dəstəklədiklərini bildiriblər.

Partiyanın parlament seçkilərinə hazırlığını müzakirə edən İH üzvləri namizədlərin müəyyənləşdirilməsi prosesinin başa çatmaq üzrə olduğunu vurğulayıblar. Bu prosesin martın sonunadək başa çatdırılması qərarlaşdırılıb və partiyanın icra strukturlarına müvafiq göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR