Bank Of Baku

Lalə Şövkət “Ölkə” qəzeti ilə bağlı yenidən məhkəməyə müraciət edib

Lalə Şövkət “Ölkə” qəzeti ilə bağlı yenidən məhkəməyə müraciət edib
# 09 mart 2010 14:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət “Ölkə” qəzeti ilə bağlı yenidən Yasamal rayon Məhkəməsinə müraciət edib. ALP-nin sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, iddia məhkəməyə bu gün təqdim olunub. Ə. Temirxan bildirib ki, məhkəmənin ötən dəfə edilən iddia ərizəsi ilə bağlı iradı düzəldilib və Orxan Sultanəli imzalı şəxs müəyyən edilmədiyi üçün onunla bağlı məqam iddiadan çıxarılıb. Yeni təqdim olunan iddia ərazisində cavabdeh kimi qəzetin baş redaktoru Rəfael Becanov göstərilib. Lalə Şövkət cavabdehin atılmış böhtanı təkzib etməsini, üzr istəməsini, dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində cərimə edilib bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edib.

Qeyd edək ki, Lalə Şövkət “Ölkə” qəzetinin 11 fevral 2010-cu il tarixli sayında dərc olunan ““Madam” ləqəbli “KQB” agenti” yazısında şərəf və ləyaqətinin təhqir olunduğu bildirib.

Xatırladaq ki, Yasamal rayon Məhkəməsi Lalə Şövkətin “Ölkə” qəzeti ilə bağlı bir qədər əvvəl təqdim olunan iddia ərizəsini bəzi nöqsanlar olduğu üçün geri qaytarmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR