Bank Of Baku

Bakıda Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş layihəsi müzakirə ediləcək

Bakıda Xəzərdə təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş layihəsi müzakirə ediləcək
# 09 mart 2010 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 11-12-də Bakıda “Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında” saziş layihəsi müzakirə ediləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələr Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində və həmin dövlətlərin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçiriləcək növbəti iclasda aparılacaq.

Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov açılış nitqi ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR