Bank Of Baku

Bahar Muradova: “ABŞ Konqresində qəbul olunmuş qərarla bağlı sona qədər öz mövqeyimizdə qalacağıq”

Bahar Muradova: “ABŞ Konqresində qəbul olunmuş qərarla bağlı sona qədər öz mövqeyimizdə qalacağıq”
# 10 mart 2010 10:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ABŞ Konqresinin xarici əlaqələr komitəsinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan çox kəskin münasibət bildirib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib: “Düşünürəm ki, biz sona qədər öz mövqeyimizdə qalacaq və bu məsələyə kəskin etirazımızı bildirəcəyik. Çünki bu məsələnin parlamentlərdə müzakirəsi, ümumilikdə tarixi hadisələrə bir siyasi pəncərədən baxışa və buna uyğun siyasi münasibətlərin qurulmasına gətirib çıxarır. Bu da ölkələr arasında və xalqlar arasında münasibətləri normallaşdırmasına yox əksinə pisləşməsinə və ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Çünki, axtarsan hər bir xalqın və dövlətin tarixində buna bənzər hadisələr var və mən düşünürəm ki, tarixdə, keçmişdə olan bu kimi məsələlərə məhz tarixçilər, alimlər, araşdırmaçılar münasibət bildirməlidir. Siyasətçilərin işi isə günümüzdə olan reallıqları nəzərə alaraq, dövlətlər arasında, xalqlar arasında münasibətləri daha da normallaşdırmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR