Bank Of Baku

Polşanın baş naziri Donald Tusk: “Azərbaycan bizim üçün çox dəyərli tərəfdaşdır”

Polşanın baş naziri Donald Tusk: “Azərbaycan bizim üçün çox dəyərli tərəfdaşdır”
# 10 mart 2010 11:35 (UTC +04:00)
APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanda səfərdə olan Polşanın baş naziri Donald Tusk həmkarı Artur Rəsizadə ilə görüşdə bildirib. Donald Tusk qeyd edib ki, Azərbaycan Polşa üçün çox dəyərli tərəfdaşdır: “Biz Azərbaycanla münasibətlərə çox ciddi yanaşdığımızı gizlətmirik”. Donald Tuskun Azərbaycana səfəri çərçivəsində əsas müzakirə mövzularından biri Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı olub. Xatırladaq ki, Polşa bu proqramın təşəbbüskarlarından biridir. Polşanın baş naziri qeyd edib ki, bu proqramda iştirak bütün region ölkələri, o cümlədən Azərbaycan üçün mühüm faydalar gətirəcək: “Söhbər Avropa pul məkanına çıxışdan, viza rejiminin yumşaldılmasından, beynəlxalq problemlərin həllində əməkdaşlıqdan, iqtisadiyyatda və siyasətdə standartların uyğunlaşdırılmasından gedir”. Artur Rəsizadə öz növbəsində bildirib ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya siyasəti yürüdür və “Şərq Tərəfdaşlığı” proqramına böyük əhəmiyyət verir. İki ölkə arasında iqtisadi əlaqələrə oxunan hökumət başçıları qeyd ediblər ki, bu sahədə qarşılıqlı əməkdaşlığın mövcud potensialından tam istifadə olunmayıb. Görüşdə neft-qaz sektorunda əməkdaşlıq, Xəzərin enerji resurslarının Avropaya nəqli məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR