Bank Of Baku

Polşanın baş naziri İçərişəhərlə tanış olub

Polşanın baş naziri İçərişəhərlə tanış olub
# 11 mart 2010 08:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda səfərdə olan Polşanın baş naziri Donald Tusk İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Qoruq İdarəsindən APA-ya bildiriblər ki, gəzinti zamanı D. Tuska dünya şəhərsalma sənətinin nadir nümunəsi, UNESCO-nun “Dünya irsi” siyahısına daxil edilmiş İçərişəhər və burada aparılan təmir, abadlaşdırma, restavrasiya işləri barədə geniş informasiya verilib.

Gəzinti Qız Qalası ilə tanışlıqdan başlayıb. Daha sonra D. Tusk Bazar Meydanı, Buxara və Multanı karvansaraları, Qoşa Qala qapıları, Şirvanşahlar Sarayı kompleksi ilə tanış olub. Gəzintinin sonunda Filarmoniya bağında qonağın şərəfinə çay süfrəsi təşkil edilib. Sonda Polşanın baş naziri İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR