Bank Of Baku

Əli Əhmədov: “Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları var”

Əli Əhmədov: “Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları var”
# 11 mart 2010 10:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin iştirakının mümkün olduğunu bildirib. APA-nın məlumatına görə, sədr müavini partiyanın rəsmi saytına açıqlamasında bildirib ki, AB qitənin ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır.

Azərbaycanın Avropanın bir hissəsi olduğunu deyən Ə. Əhmədov hesab edir ki, Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsir göstərir: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa Birliyinin Cənubi Qafqazda münaqişələrin nizama salınmasına təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir. Avropa Birliyinin prosesə təsir rıçaqlarının olması açıq şəkildə özünü göstərir. Amma söhbət ədalətin bərpa olunmasına dövlətlərin nə dərəcədə hazırlığından gedir. Hesab edirəm ki, təşkilata üzv dövlətlər buna maraqlı olsalar, münaqişənin həlli tez baş verə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR