Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 11 mart 2010 12:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda təhsil alan tələbələrin 30-35 faizinin narkoman olması barədə səslənən fikirlərə etiraz əlaməti olaraq bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyinin binası qarşısında aksiya keçirilib. APA-nın xəbərinə görə, aksiyada 100-dək tələbə iştirak edib. Piketdə “Tələblərə böhtan atmayın!”, “ABŞ Dövlət Departamentinin qərəzli hesabatına “yox” deyirik!”, “Ədalətsiz hesabat!” və sairə şüarlar səslənib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov aksiyada çıxış edərək bildirib ki, hesabatda qeyd olunanlar Azərbaycan tələblərinə atılan böhtandır: “Hesabatda belə bir məqamın qeyd olunması bizdə məyusluq doğurur. Biz bu hesabatı qınayırıq. Gələcəkdə hazırlanacaq hesabatlarda reallığın əsas götürülməsini tələb edirik”.

Aksiyada ayrı-ayrı tələbə təşkilatlarının rəhbərləri də çıxış edərək hesabatda Azərbaycan tələbələri ilə bağlı qeyd olunan fikirləri pisləyiblər.

Aksiyada qətnamə qəbul olunub. Qətnamədə hesabatda qeyd olunan fikirlərin Azərbaycan gəncliyinin adına ləkə olduğu və bununla bağlı təkzib verilməsi tələb olunur. Qətnamə səfirliyə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR