Bank Of Baku

Əli Əhmədov Çin səfirini qəbul edib

Əli Əhmədov Çin səfirini qəbul edib
# 12 mart 2010 11:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Çinin Azərbaycandakı səfiri Çjan Yannyanı qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı həmçinin Çin-Azərbaycan parlamentlərarası əməkdaşlığı haqqında söhbət açılıb, hazırkı münasibətlərin inkişafı üçün Çin nümayəndə heyəti Bakıya dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR