Rəsul Quliyev: “Agent olmaq istəyən çox olar, ancaq informasiya bazalarının məhdudluğundan heç bir ölkə onları “agent”liyə götürməz” - MÜSAHİBƏ
- Parlament seçkiləri öncəsi Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Seçkilər bir çox ölkələrin həyatında ən önəmli hadisədir, adətən bu prosesdə həm siyasətçilərin, həm də seçicilərin aktivləşməsi pik nöqtəsinə çatır. Seçilənlərin seçicilər qarşısında hesabatına qiymət verilən gündür. Bəzi ölkələrdə seçkilər artıq rituala çevrilib, yəni millət seçkilərsiz həyatını təsəvvür etmir. Ancaq Azərbaycanda bu gün sorğu aparılsa, 100 adamdan bəlkə biri, maksimum ikisi bu ilin seçki ili olduğunu bilər. Seçkilərin onun həyatında rolu olub-olmayacağı sualı verilsə, yüzü də heç bir əhəmiyyətinin olmadığını qeyd edər. Bu vəziyyət çox acınacaqlıdır və hər bir millətinin gələcəyini düşünən adamı narahat etməlidir, xüsusi ilə hakimiyyətdə olanları. Vətəndaş cəmiyyəti yaranmasa sivil ölkə yarana bilməz, vətəndaş cəmiyyəti yaranmasının əsas şərti isə xalqın parlamenti özü formalaşdırmasına inanmasıdır, əks halda parlamenti sadəcə olaraq klub adlandırmaq lazımdır.
- Sonuncu prezident seçkilərində lideri olduğunuz partiya hakimiyyətin namizədini müdafiə etmişdi. Parlament seçkilərində partiyanın mövqeyi necə olacaq, hakimiyyəti, yoxsa müxalifəti müdafiə edəcək?
- Düzünü desəm, partiyanın hansı taktika seçəcəyindən xəbərim yoxdur, daha doğrusu, elə bir əhəmiyyət vermirəm. İlk növbədə tutacağımız mövqeyin xalqa xeyri və ya ziyanı olması haqında düşünmək lazımdır. Xeyri yoxsa, nə fərqi var, hansı mövqedə olacaqsan, və ya ümumiyyətlə heç bir.
- Parlament seçkilərində deputatlığa öz namizədliyinizi irəli sürəcəksinizmi?
- Bu suala cavab vermək hələ çox tezdir, hər halda klub üzvü olmaq niyyətim yoxdur.
- Seçkilər öncəsi yenidən Azərbaycana qayıtmaq üçün cəhd edəcəksinizmi?
- Azərbaycana qayıtmaq cəhd deyil, mənim əsas arzumdur və o seçkilərin olub-olmamasından asılı deyil.
- Azərbaycana qayıtmağınız üçün hakimiyyətlə hər hansı danışıq aparılırmı?
- Xeyr
- Müxalifət partiyaları seçkilər öncəsi birliyin yaradılması ilə bağlı danışıqlara başlayıblar. Bu seçkilərdə müxalifətin birləşə biləcəyini düşünürsünüzmü?
- Müxalifətin nə istədiyini bilmək çox çətindir. Bütün birləşmələr ayrılmalar nəyin bazasında yaranır? Əvvəl məqsəd və nəticə araşdırılır və onun bazasında birləşmə müzakirə olunur. Əgər nəticə məlumdursa, birləşməyin və ya birləşməməyin nə əhəmiyyəti vardır. Bu dəqiqə müxalifət ancaq bir məsələni müzakirə etməlidir, nə etmək lazımdır ki, seçicilərin konstitusion azad seçmə hüququ pozulmasın. Bununla əlaqədar hökumətlə, əsas partiya olan YAP-la danışıqlar aparılmasına cəhd etməlidir. Bu məsələ diqqət mərkəzində olmalıdır. Bu ideyadan bir şey çıxacaq, ya çıxmayacaq demək çətindir, ancaq diqqət buna yönəldilməlidir. Seçkilərə heç bir təsiri olmayacaq birləşmək, birləşməməklə camaatın başını xarab edib, seçkilərdən sonra daha ağır ittihamlarla ayrılmaqdan yorulmadılar.
- Seçkilərlə bağlı olaraq hansı partiya ilə əməkdaşlıq etməyi düşünürsünüz?
- Məqsədi aydın olmayan heç bir partiya ilə.
- Müxalifət partiyalarının daxilində xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən agent axtarışları, bununla bağlı qarşılıqlı ittihamları necə qiymətləndirirsiniz?
- Azərbaycanda xarici ölkə agenti axtarmaq fantastik nağıllarda həyatda mövcud olmayan bir şey axtarmağa oxşayır. Heç bir məntiqlə belə bir mövzunun ortaya çıxmasını izah etmək mümkün deyil. Bu məsələnin xalqın müzakirəsinə çıxartmağın nə qədər yolverilməz bir hərəkət olduğunu demək üçün bir qədər geniş izahat tələb olunur. Sovet vaxtı KQB kəşfiyyatının iki qanadı var idi. Xarici kəşfiyyat və daxili kəşfiyyat. Daxili kəşfiyyatın agentləri ölkə daxilində idi və onların sayı xarici kəşfiyyatın agentlərinin sayından 100 dəfələrlə çox idi. Əsas məqsəd ölkə daxilində xalqın hökumətin siyasəti ilə razı olub-olmadığını müəyyənləşdirmək, hökumətə qarşı hansısa bir qrup formalaşırsa, vaxtında xəbər tutmaq və neytrallaşdırmaq idi. Daxili agentlərin çoxu intellektual potensialın toplandığı yerlərdə, yəni institutlarda idi, çünki əsas təhlükə ordan gələ bilərdi. Zavodlarda, fabriklərdə bu agentlərin sayı az idi, çünki çoxunda partkom, həmkarlar kimi rəsmi agentlər var idi.
Xarici kəşfiyyat isə başqa ölkənin hərbi gücü, xarici siyasətinin istiqamətləri, yeni silahların kəşf edilməsi və s məşğul idi. Buna görə də küçədən keçənin və ya bu informasiyalara çıxışı olmayan adamların xarici kəşfiyyatın agenti olmaq şansı yox idi. Özünüz düşünün, heç bir xeyri olmayan agent, ancaq xarici kəşfiyyatın rezidentlərinin aşkar olunmasında rol oynaya bilərdi. İndi qayıdaq bizim “agent ovu” məsələsinə. Məsələn qeyd olunur ki, filankəs Moskvanın agentidir. Hansı informasiya mənbəyinə malikdir o “agent”? Məsələn, dövlətin xarici siyasəti və hərbi durumu ilə bağlı informasiyalara o “agent”in çıxışı varmı, yoxdursa o necə agent ola bilər? Həmin Moskva heç bir informasiya ala bilmədiyi “agent”inə görə nəyə görə dostluq əlaqəsində olduğu Azərbaycanla əlaqələri pozmalıdır?
Tutaq ki, prinsip başqadır, yəni şərti olaraq belə bir razılaşma olur: “Sən hakimiyyətə gələrsənsə, Rusiya üçün bu işləri görməyinə söz ver, biz də sənə kömək edək”. Onun üçün isə indiki hakimiyyət bu gün-sabah çökəcək səviyyədə olmalıdır, həmin “agent”in də hakimiyyətə gəlmə şansı heç olmasa 70 faiz qiymətləndirilməlidir. Amma indi belə bir reallıq yoxdu axı.
İndiki “agent” axtarışı lap 30-cu illərdə Stalin rejiminin xarici agent axtarma xəstəliyinə oxşayır. Kiçik bir fərq var, onda bu işi hökumət görürdü. Lalə xanım gərək bu nağıllara heç bir reaksiya verməyəydi.
- Partiyalar içərisində xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyənlərin olduğunu düşünürsünüzmü?
- Agent olmaq istəyən çox olar, ancaq məhdud informasiya bazaları olduğu üçün heç bir ölkə onları “agent”liyə götürməz. Məsələn, İranın dinçilər arasında informasiyaya yaxın olan yüzlərlə agentləri ola bilər, amma öz partiyasının daxilində nə baş verdiyini dəqiq bilməyən müxalifət informatoru nəyinə lazımdır?
- Açıq Cəmiyyət Partiyasının rəhbərliyində olan dəyişikliklərdən sonrakı dövrü necə qiymətləndirirsiniz? Onlar özlərini doğrulda biliblərmi?
- Yox.
- Hazırda Azərbaycandakı siyasətçilərlə, müxalifət lideri ilə əlaqələriniz varmı?
- Siyasətçilərlə hə, müxalifət liderləri ilə yox...
- “İnterpol”un Azərbaycan bürosunun rəhbəri APA-ya müsahibəsində sizin beynəlxalq axtarışda olduğunuzu bir daha qeyd edib və üçüncü ölkəyə keçən kimi həbs olunub Azərbaycana gətiriləcəyinizi deyib...
- Bilirsiniz, əslində general yüksək intellektə malik ziyalı olmalıdır. Başqa ölkələrdə bir adamı general poqonları ilə görəndə, hamı bilir ki, bu adamın dünya ədəbiyyatından başı çıxır, klassik musiqiyə qulaq asır və s. Görünür, bu adam hesab edir ki, bəlkə belə bəyanatlar onun vəzifəsinin artırılmasına kömək edə bilər. İl ərzində azı beş xarici ölkədə olmuşam. Əgər o elan etsə ki, məni hansısa Avropa ölkəsində həbs etməyə qarantiyası var, məmnuniyyətlə gələrəm.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO