Bank Of Baku

Müsavat Partiyası aksiyalar keçirmək üçün yerlərin ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası aksiyalar keçirmək üçün yerlərin ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 12 mart 2010 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası piket və mitinq keçirmək üçün qanuna uyğun yerlərin ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiyanın keçirilməsinin məqsədi kimi, bir sıra ümummilli problemləri, ərazilərin işğalı ilə əlaqədar yaranmış indiki şərait, ölkədə korrupsiya və maliyyə böhranının ağır nəticələri, eyni zamanda 2010-cu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı bir sıra demokratik islahatların həyata keçirilməsi göstərilib. Aksiyanın keçirilməsi ilə bağlı konkret müddət göstərməyən partiya dəfələrlə yürüş və mitinqlərin keçirildiyi - “Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, S. Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrının qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısındakı meydan və digər yerlərdə belə tədbirlərin keçirilməsi üçün şərait yaradılması, eləcə də Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və digər dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsi haqqında müvafiq qərarların qəbul edilməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR