Azərbaycan Prezidenti: ”Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar”
Son illər Azərbaycana çoxsaylı xarici istehsallı texnika gətirildiyini deyən Prezident yerli istehsalın gücləndirilməsi sayəsində artıq texnikanın bir hissəsinin Azərbaycanda istehsal edildiyini vurğulayıb: “Azərbaycanda rəqabət qabiliyyətli müəssisələr işə salınır. Onlar həm daxili tələbatı ödəyir, eyni zamanda, ölkəmizin ixrac potensialı da genişlənir”.
Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin nəzərdə tutulduğunu deyən ölkə başçısı Azərbaycan Dövlət İnvestisiya Şirkətinin xətti ilə ölkənin inkişafı üçün vacib olan layihələrin icra edildiyini bildirib.
“Biz çalışmalıyıq ki, daxili istehsalı gücləndirmək üçün bütün imkanlardan istifadə edək”- deyən Prezident 2010-cu ildə həm ölkənin, həm sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələrinin davam etdiriləcəyini bildirib.
“Bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub. Qazlaşdırma prosesi də uğurla gedir. Artıq qazlaşdırma 85 faiz təşkil edilib və xüsusilə indi rayon mərkəzlərindən kənarda yerləşən məntəqələrin qazlaşdırılması işi gedir” deyən ölkə başçısı içməli su, kanalizasiya və suvarma məsələləri ilə bağlı konkret proqramların icra edilməyə başladığını da qeyd edib.
Prezident bildirib ki, Azərbaycanda sosial infrastrukturun yaradılması davam etdiriləcək. Bu il Azərbaycanda “Ekologiya ili” elan edildiyini xatırladan ölkə başçısı xüsusilə Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin qısa müddətdə yaxşılaşdırılmasının zəruri olduğunu söyləyib.
“Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcək. Yerli icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün, ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir. Bunu bütün dünya bilir, qəbul edir və görür.
Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə “Bir pəncərə” sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur” deyən ölkə başçısı “belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər” deyə, vurğulayıb.
Sahibkarları sosial təşəbbüslərə daha fəal qoşulmağa çağıran Prezident Azərbaycanda çox böyük, regional, yəni transmilli mahiyyət daşıyan şirkətlərin olduğunu, onların sosial məsələlərin həllində də iştirakının həm iş adamları üçün mənəvi qida verəcəyini, həm də ölkənin inkişafına dəstək ola biləcəyini qeyd edib: “Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar”.
”Biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalı, əsassız yoxlamalar dayandırılmalıdır” deyən Prezident yerli icra orqanlarını sahibkarlara kömək göstərməyə çağırıb.
İlham Əliyev bildirib ki, 2009-cu il sahibkarlar üçün ağır il olub: “Azərbaycan dövləti və vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1,5 faiz oldu. Əhalinin pul gəlirləri 10 faizdən çox artıb, sosial ödəmələr tam şəkildə təmin edilib, maaşlarda, pensiyalarda heç bir yubanma olmayıb. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər”.
Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş bütün subsidiyaların, kreditlərin veriləcəyini söyləyən ölkə başçısı ümumi daxili məhsulun 85 faizinin özəl sektorda formalaşdığını deyib.
”Bu yaxınlarda mənə verilən arayışda göstərilir ki, biz demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Mən bəzi rəqəmləri indi səsləndirmək istəyirəm ki, bunu hamı bilsin. Özümüzü dənli bitkilər üzrə 76 faiz təmin edirik. Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmayıb”-deyə Prezident bildirib.
Ölkə başçısı onu da bildirib ki, təkcə daxili bazarın təmin edilməsi ilə yox, həm də yerli sahibkarlara xaricə çıxmaq üçün əlavə şərait yaradılmalıdır: “Yerli sahibkarların o bazarlara çıxması, investisiya imkanlarının araşdırılması və yerli sahibkarlar üçün xaricdə münbit şəraitin yaradılması işində İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Yəqin ki, müəyyən müddətdən sonra təkliflər paketini hazırlamalıdırlar, biz orada görəcəyik ki, hansı ölkədə hansı sahə üzrə Azərbaycanın hansı şirkəti öz biznes imkanlarını genişləndirə bilər. Sahibkarlar da öz tərəfindən İqtisadi İnkişaf Nazirliyinə sifarişlərini versinlər, onlar üçün hansı ölkədə işləmək daha da maraqlıdır, əlverişlidir, məqbuldur ki, Azərbaycan dövləti bu işləri qursun. Bizim demək olar ki, bütün ölkələrlə münasibətlərimiz müsbətdir, yaxşıdır. Azərbaycanın dünyadakı imici də çox müsbətdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı artır. Mən şübhə etmirəm ki, Azərbaycan şirkətlərini xaricdə böyük maraqla qarşılayacaqlar, xüsusilə, əgər görsələr ki, Azərbaycan dövləti bu işlərdə israrlıdır və öz şirkətlərinə dəstək verir. Bu istiqamət bizim üçün yenilikdir. Bu vaxta qədər biz bu barədə düşünmürdük. Çünki imkanlarımız yox idi. Bu gün biz artıq keyfiyyətli, dünya standartlarına uyğun məhsulun buraxılmasına nail olmuşuq. Gələcək illərdə bu gün görülən işlər ona gətirib çıxaracaq ki, Azərbaycanda ən keyfiyyətli məhsullar istehsal olunacaq. Biz indidən özümüzü bu işlərə hazırlamalıyıq”.
Prezident deyib ki, bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaq: “Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcək. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir. Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, çirkli oyunlara qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici dairələr bundan o qədər də razı deyillər. Amma bu bizim problemimiz deyil. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir”.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Tramp: İsrailin Livan və Suriyadan çıxması yaxşı olardı
Türkmənistan Prezidenti Gürcüstana səfər edəcək
Milli Məclisin sədri Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Rusiya XİN: Ukraynadakı xarici hərbi kontingentlər qanuni hədəf olacaq
Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub
“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub - FOTO
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib - YENİLƏNİB
CENTCOM: İrana tətbiq olunan blokadanı yarmağa çalışan iki gəmi istiqamətini dəyişib
ADA Universitetinin dekanı Balaxanı neftçiləri ilə konstitusiya hüquq və azadlıqları ilə bağlı müzakirə keçirib
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Şirkətin 1,4 milyon manatını mənimsəməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İranın xarici işlər naziri Qətərə gedib
DPA: Drezdendə silahlı şəxs polislərə atəş açıb
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
CENTCOM: 90 dəqiqəlik əməliyyatda İranın Böyük Tonb adasında hərbi obyektlər hədəfə alınıb - YENİLƏNİB
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib - SƏRƏNCAM
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2,7 dəfə artıb
TRIPP fonduna rus əsilli amerikalı investor rəhbər təyin edilib
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İdarə rəisi: İlk elektron diplom artıq təqdim edilib
Azərbaycan bu il 10-dan çox ölkəyə 6 mlrd. dollarlıq neft ixrac edib - SİYAHI
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatıb
XİN Qara dəniz hövzəsində təhlükəsizlik riskləri ilə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq
Azərbaycan BVF ilə ortamüddətli fiskal siyasəti müzakirə edib
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Altı ayda 1 milyon 39 min şəxsə 1,1 mlrd. manat müavinət və təqaüd ödənilib
Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək
Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib
ABB və iTicket-dən həyat tərzi bankçılığına doğru mühüm addım
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb
Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir, bu rəqəm 20 milyona çatdırılacaq
Azərbaycanda 2857 məktəb genişzolaqlı internetlə təmin olunub
Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur
Slovakiya Prezidenti Əli Əsədovla enerji təhlükəsizliyini müzakirə edib - YENİLƏNİB
Putinin sözçüsü: Körfəzdə gərginlik ABŞ-ın diqqətini Ukraynadan yayındırıb
Tovuzda qadının zorakılığa məruz qalması ilə bağlı həyat yoldaşı saxlanılıb
Bu il 227 minə yaxın "Asan İmza" sertifikatı verilib
Çexiyada sərnişin avtobusları toqquşub, 17 nəfər xəsarət alıb
Kreml: Trampın Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlamaları təhlil edilir
Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Zəka Mirzəyev: Aylıq sosial ödənişlərin həcmi 900 milyon manata çatır