Bank Of Baku

Əli Əliyev: ““Azadlıq” bloku parlament seçkiləri ilə bağlı müzakirələri davam etdirmək üçün ADP-dən cavab gözləyir”

Əli Əliyev: ““Azadlıq” bloku parlament seçkiləri ilə bağlı müzakirələri davam etdirmək üçün ADP-dən cavab gözləyir”
# 15 mart 2010 10:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azadlıq” bloku parlament seçkiləri ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan Demokrat Partiyasından (ADP) cavab gözləyir. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, seçkilərlə bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə blok arasında müzakirələr aparılıb: “Sərdar bəy bu prosesdə Ümid Partiyası və digər qurumların iştirakını təklif etdi və bununla bağlı Ümid Partiyası ilə müzakirə apardığını bildirdi. Seçkilərdə vahid namizədlə iştirak etmək bu gün bütün müxalifətin əsas istəyidir və ideala yaxın bir variantdır. Hazırda isə yaranacaq seçki blokunun hansı formatda və konfiqurasiyada yaradılacağını müzakirə edirik. Bizim yaradacağımız seçki blokunun da marağındadır ki, müxalifət vahid namizədlə seçkiyə qatılsın. Bunu digər müxalifət partiyaları, yaranacaq seçki blokları ilə müzakirə etməyin tərəfdarıyıq və təbii ki, bu zaman Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası ilə də razılaşdırmaya ehtiyac yaranacaq. Bu ehtiyac onlar tərəfindən də dilə gətirilib”.

Ə. Əliyev bu vaxta qədər aparılan danışıqlarda müəyyən irəliləyişin əldə edildiyini də qeyd edib.

Qeyd edək ki, parlament seçkiləri ilə bağlı “Azadlıq” blokuna daxil olan partiyaların, Demokrat və Ümid partiyalarının birgə seçki bloku yaratması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR