Bank Of Baku

AMİP parlament seçkilərinə kimi qurultay keçirəcək

AMİP parlament seçkilərinə kimi qurultay keçirəcək
# 15 mart 2010 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə kimi qurultayını keçirmək niyyətindədir. Bu barədə APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, AMİP seçkilərdən əvvəl partiya sədrinin seçilməsi, strukturların möhkəmləndirilməsi və parlament seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşməsini qurultayda həll etmək niyyətindədir. Qurultayın dəqiq vaxtı yaxın günlərdə partiyanın Siyasi Şurasının iclasında müəyyənləşəcək.

Qeyd edək ki, AMİP sədri Ayaz Rüstəmov 2007-ci ilin dekabrında öz vəzifəsindən istefa verib. Həmin vaxtdan partiya sədrsiz fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR