Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib

Qarabağ Azadlıq Təşkilatının Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib
# 15 mart 2010 10:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Qarabağ ətrafında cərəyan edən son hadisələr, Madrid prinsiplərinin yeniləşmiş variantı, işğalçı Ermənistana qarşı hərbi əməliyyatların zəruriliyi, ABŞ və digər ölkələrdə qondarma “erməni soyqırımımı” ilə bağlı qərarların qəbulu məsələləri müzakirə edilib. Müzakirələr zamanı QAT rəhbərliyi bildirib ki, qondarma “erməni soyqırımı” məsələsinin yenidən gündəmə gətirilməsi Türkiyə və Azərbaycanın mövqelərinin zəiflədilməsi, Qarabağ məsələsindən geri çəkilmələri və güzəştə getməyə nail olmaq məqsədi daşıyır. QAT bildirib ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz münaqişələri üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker və fransalı həmsədrin açıqlamaları göstərir ki, “yeniləşmiş Madrid prinsipləri” Azərbaycanın maraqlarına cavab vermir. Təşkilat Dağlıq Qarabağdakı qondarma rejimə hər hansı “aralıq statusu”nun verilməsini, hansısa formada referendumun keçirilməsini yolverilməz hesab edir. Təşkilat rəhbərliyi onu da qeyd edib ki, Qarabağ məsələsinin beynəlxalq birlik tərəfindən arxa plana keçirilməsi cəhdləri və digər proseslər təsdiq edir ki, Azərbaycan torpaqlarını yalnız hərbi yolla işğaldan azad edə bilər. İclasda QAT nəzdində 2 yeni qurum - Hərbi Vətənpərvərlik Məktəbi və Qaçqın və Məcburi Köçkünlərə Hüquqi Yardım Mərkəzinin yaradılması haqda qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR