Bank Of Baku

DUİ ilə Müsavat Partiyası arasında birgə müzakirələr aparılacaq

DUİ ilə Müsavat Partiyası arasında birgə müzakirələr aparılacaq
# 15 mart 2010 12:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının iclası keçirilib. İttifaqda təmsil olunan klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, iclasda müxalifət partiyalarının parlament seçkilərində iştirakı, bu məqsədlə Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə keçirilən görüşlərin nəticələri müzakirə edilib: “Keçirilən görüşlərin nəticələri DUİ tərəfindən müsbət dəyərləndirildi. Bu prosesin davamı olaraq növbəti addımlar da atılacaq. İndiki məqamda bu addımları açıqlamaq istəmirik, yaxın zamanlarda qərarımız bəlli olacaq”.

M. Mirəlioğlu onu da əlavə edib ki, DUİ ilə Müsavat Partiyası arasında birgə müzakirələrin aparılacağı gözlənilir və yaxın vaxtlarda bunun üçün qapalı toplantının keçirilməsi nəzərdə tutulub.

ABŞ-da və Avropada başlayan antitürk kampaniyasını da müzakirə edən DUİ rəhbərliyi saxta “erməni soyqırımı”nın tanınması barədə qərarları pisləyib. Buna cavab olaraq ittifaq “Türkiyədən əlini çək, soyqırım dəllallığına son qoyulsun!” kampaniyasının başlanması haqda qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR