Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 15 mart 2010 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda qurumun ötən iclasının protokolları təsdiq edilib. İclasda 8 saylı Binəqədi I, 22 saylı Nəsimi II, 59 salı Salyan, 72 saylı Yardımlı-Masallı, 122 saylı Xankəndi, 36 saylı Xətai IV, 33 saylı Xətai I Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib. Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində tərkibi buraxılmış 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin DSK-larının da tərkibi müəyyənləşib.

MSK sədri Məzahir Pənahov hazırda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin davam etdiyini və yaxın müddətdə siyahıların çap olunacağını bildirib. O, may ayında dəqiqləşdirilmiş seçici siyahılarının MSK-da təsdiq olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR