Bank Of Baku

Azərbaycan prezidenti Slovakiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Slovakiyanın xarici işlər nazirini qəbul edib
# 15 mart 2010 13:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, İ. Əliyev bu səfərin Azərbaycanla Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını deyib. Prezident bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu söyləyib.

Miroslav Layçak isə Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycan prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu ifadə edib. Nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR