Bank Of Baku

MSK üzvləri dairə seçki komissiyalarında monitorinqlər aparacaq

MSK üzvləri dairə seçki komissiyalarında monitorinqlər aparacaq
# 15 mart 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Dair Seçki Komissiyalarında monitorinqlər aparacaq. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, monitorinqin aparıldması ilə bağlı qrafik hazırlanıb: «Bu monitorinqin həyata keçirilməsində məqsəd Dairə Seçki Komissiyalarının öz vəzifələrini necə həyata keçirmələrini müəyyən etmək və həm də DSK-ların binalarının vəziyyətinin yoxlanılmasıdır. Bu tədbirlərin məqsədi o deyil ki, tədbir xatirinə olsun və yaxud «quş qoymaq» üçün həyata keçirilir. Bu məqsədlə tədbir keçirməkdənsə keçirməmək yaxşıdır. Bu monitorinq elə həyata keçirilməlidir ki, qarşıya qoyulan məqsədlərə nail olaq». M. Pənahov MSK üzvlərinə monitorinqi diqqətlə və obyektiv aparmaqla bağlı tapşırıq verib. Qrafikə görə, monitorinq kənd rayonlarında yerləşən DSK-lardan başlanılacaq. Monitorinqin aprelin 15-nə kimi başa çatdırılması nəzərdə tutulub.

M. Pənahov parlament seçkiləri ilə bağlı olaraq MSK-nın bir sıra tədbirlər, maarifləndirmə proqramları həyata keçirəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR