Bank Of Baku

ADP hakimiyyəti Madrid prinsipləri haqqında əhaliyə məlumat verməyə çağırıb

ADP hakimiyyəti Madrid prinsipləri haqqında əhaliyə məlumat verməyə çağırıb
# 15 mart 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların dayandırılması təklifi ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında ABŞ-Azərbaycan münasibətlərinin getdikcə gərginləşdiyinə diqqət çəkilərək bundan narahatlıq ifada olunub.

ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı haqqında fikir mübadiləsi aparan İH üzvləri sənəddə əksini tapan tənqidlərin obyektiv faktlara əsaslandığını qeyd edib. Bununla yanaşı, ADP ABŞ-ı ölkədəki vəziyyəti obyektiv qiymətləndirməklə kifayətlənməyib, insan hüquqlarının qorunması və demokratiyanın dəstəklənməsi üçün real addımlar atmağa çağırıb.

Xarici işlər naziri Elmar Məmmədyarovun Madrid prinsiplərinin yenilənmiş variantı ilə əlaqədar açıqlamasına münasibət bildirən İH iqtidarı bu prinsiplər haqqında xalqa aydın məlumat verməyə və bu proses başlananadək Minsk Qrupu çərçivəsində danışıqları dayandırmağa çağırıb. Fransalı həmsədr Bernar Fasienin İrəvandakı ermənipərəst bəyanatına toxunan İH üzvləri bildiriblər ki, diplomat bu açıqlaması ilə özü də bilmədən Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR