Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyası ilə DUİ arasında keçiriləcək görüşdən ciddi gözləntilərim yoxdur”

Arif Hacılı: “Müsavat Partiyası ilə DUİ arasında keçiriləcək görüşdən ciddi gözləntilərim yoxdur”
# 16 mart 2010 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası isə Demokratiya Uğrunda İttifaq arasında keçiriləcək görüşdə hər hansı ciddi qərarların qəbulu planlaşdırılmır. Ona görə də bu görüşdən ciddi gözləntilərim yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, təşkilatlar arasında parlament seçkiləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub: “Bu görüşdə ümumilikdə yaranmış vəziyyət haqqında ilkin müzakirələr aparılması təklifi irəli sürülüb. Bu təklif DUİ-dən gəlib. Bizim hər hansı təklifimiz yoxdur. Onların təkliflərini dinləyib cavab verəcəyik. Bu il Azərbaycanda seçki ilidir və bir sıra problemlər aktuallaşıb. Yəqin seçki yaxınlaşdıqca siyasi qüvvələr arasında müzakirələr də intensivləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR