Bank Of Baku

Sərdar Cəlaloğlu: “İndi ən ideal variant “Azadlıq” bloku, ADP və Ümid Partiyasının blok yaratmasıdır”

Sərdar Cəlaloğlu: “İndi ən ideal variant “Azadlıq” bloku, ADP və Ümid Partiyasının blok yaratmasıdır”
# 16 mart 2010 10:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifət partiyaları arasında parlament seçkiləri ilə bağlı aparılan müzakirələrdə hələlik ürəkaçan nəticə yoxdur. Müəyyən qüvvələr fərdi maraqlarını, hikkələrini, təkəbbürlərini, subyektiv istəklərini ört-basdır edə bilmədikləri, daha çox qrup maraqlarından çıxış etdikləri üçün ümumi maraqları görə bilmirlər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Demokratiya Uğrunda İttifaq, “Azadlıq” bloku, Müsavat, Ümid, Milli İstiqlal və Liberal Demokrat partiyaları ilə danışıqlar apardığını söyləyən S. Cəlaloğlu real nəticənin olmadığını bildirib: “Buna baxmayaraq, danışıqlar davam edir. Hazırda “Azadlıq” bloku ilə birgə blokun yaradılması istiqamətində müzakirə aparırıq. İndi ən ideal variant “Azadlıq” bloku, ADP və Ümid Partiyasının blok yaratmasıdır. Bu, Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası olar. Bu birlik yaransa, müxalifətin real mərkəzi olacaq. Biz bu istiqamətdə danışıqları davam etdirməyə hazırıq. Sadəcə, hələlik “Azadlıq” blokunun qəti qərarı yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR