Bank Of Baku

Əli Hüseynov: “Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmələri artırılmalıdır”

Əli Hüseynov: “Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmələri artırılmalıdır”
# 16 mart 2010 16:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu təkliflə parlamentin bugünkü iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edib. Komitə sədri deyib ki, tanınmış ictimaiyyət nümayəndələri, millət vəkilləri, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı bu mənada vətənpərvərlik nümayiş etdirməlidirlər. Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin artırılmasına militarist don geydirməyə çalışırlar: “Əslində isə belə deyil. Büdcəmiz artdıqca hərbi xərclər də təbii olaraq artır. Ancaq biz də bu ölkənin vətəndaşları olaraq, öz mövqeyimizi ifadə etməliyik. Bu mənin tərəfimdən sadəcə bir çağırış idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR