Prezident İlham Əliyev XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin inzibati binasının açılışında iştirak edib
APA-nın «Azərtac» agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev inzibati binanın açılışını bildirən qırmızı lenti kəsərək bina ilə yaxından tanış olub.
Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş fotoguşə yaradılıb.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov binada aparılmış yenidənqurma işləri barədə dövlətimizin başçısına məruzə edib.
Prezident İlham Əliyev mərkəzin videokonfrans otağında olub. Burada yaradılmış şəraitlə tanışlıqdan sonra videobağlantı yaradılıb.
DATA mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada Prezidentin 2004-cü il 29 dekabr tarixli Fərmanının və 2005-ci il 21 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa dövlətlərinin əksəriyyətində istifadə olunan «TETRA» radiorabitə sisteminin, «AzStateNet» optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib, bu məqsədlə «TİA942» standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.
Dövlət Proqramına müvafiq olaraq 2008-ci ilin sonlarında ölkənin 55 rayon mərkəzində, əvvəlcə neft kəmərlərinin mühafizəsini təmin etmək məqsədi ilə Bakı-Ağstafa, Bakı-Xudat istiqamətləri boyunca, sonra isə Bakı-Astara istiqaməti boyunca «TETRA» rabitə sistemi yaradılıb. Bu il Bakı-Şamaxı-Zaqatala-Balakən avtomobil yolu boyunca da bu sistemin quraşdırılıb istifadəyə verilməsi planlaşdırılır. 2011-ci ilin sonunadək isə ölkənin bütün ərazisinin tam əhatə olunması nəzərdə tutulur. Hazırda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin, bir sıra digər qurumların ümumilikdə 5430 radiostansiyası «TETRA» radiorabitə sisteminə qoşulub.
Sonra Prezident İlham Əliyev «AzStateNet» optik DWDM şəbəkəsi ilə tanış olub. Ona məlumat verilib ki, bu şəbəkə dövlət orqanları və onların yerli strukturları arasında yüksək sürətli informasiya mübadiləsi aparmağa imkan verir. Hazırda bu şəbəkə vasitəsilə 128 dövlət orqanı yüksək sürətli internetlə təmin edilib.
Dövlət başçısı binada quraşdırılmış videonəzarət mərkəzi ilə də tanış olub. Mərkəz vasitəsilə mühüm əhəmiyyətli kabel-kommunikasiya sistemlərinin real rejimdə işləməsinə daimi nəzarət təmin olunub. Binada 60 əməkdaşın işləməsi üçün müasir texnika və mebellərlə təchiz olunmuş 22 otaq istifadəyə verilib.
Binanı fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya və 2 generator quraşdırılıb. Bina müasir mərkəzləşdirilmiş havalandırma, siqnalizasiya və buraxılış sistemləri ilə təchiz olunub. Ən müasir standartlara cavab verən yeməkxana da şəxsi heyətin ixtiyarına verilib.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb