Bank Of Baku

Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq arasında ilk məsləhətləşmə keçirilib

Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq arasında ilk məsləhətləşmə keçirilib
# 17 mart 2010 11:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiya rəhbərlərinin parlament seçkilərinə hazırlıqla bağlı ilk görüşü keçirilib. DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib: “Əsas müzakirə mövzusu isə bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində seçkinin demokratikliyini təmin etmək və real müxalifətin iştirak formatını müəyyənləşdirmək oldu. Qarşılıqlı anlaşma şəraitində keçən görüş məsləhətləşmələrin davam etdirilməsi qərarı ilə başa çatdı”. M. Mirəlioğlu bildirib ki, məsləhətləşmələrin davam etdirilməsinə qərar verilməsi müsbət nəticənin əldə ediləcəyinə imkan yaradır: “Gözəntimiz budur ki, seçkilərdə real müxalifət birgə iştirak etmək məqsədinə çatacaq. İstisna olunmur ki, sonrakı mərhələdə əlavə partiyalar da bu müzakirələrdə iştirak edəcək”.

Görüşdə Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyasının sədri Qiyas Sadıqov və Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR