Bank Of Baku

Əli Əhmədov Koreya səfiri ilə görüşüb

Əli Əhmədov Koreya səfiri ilə görüşüb
# 17 mart 2010 13:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın mənzil qərargahında Koreyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Çi Ha ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Koreya arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin, Koreyada Koreya-Azərbaycan və Azərbaycanda Azərbaycan-Koreya parlamentlərarası dostluq qruplarının əməkdaşlığının daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR