Bank Of Baku

Azərbaycan Prezidenti Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklikləri təsdiq edib

Azərbaycan Prezidenti Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə dəyişiklikləri təsdiq edib
# 17 mart 2010 21:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

APA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək, öz səlahiyyətləri daxilində “Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR