Bank Of Baku

Azərbaycanın bəzi müxalifət partiyaları Madrid prinsiplərini müzakirə edib

Azərbaycanın bəzi müxalifət partiyaları Madrid prinsiplərini müzakirə edib
# 18 mart 2010 11:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın bəzi müxalifət partiyaları Dağlıq Qarabağ probleminin həllini nəzərdə tutan Madrid prinsiplərini müzakirə edib. Ümid Partiyasının sədri İqbal Ağazadənin APA-ya verdiyi məlumata görə, müxalifət partiyaları Madrid prinsiplərində Dağlıq Qarabağda nəzərdə tutulan referendumun keçirilməsi ilə bağlı müddəaya etiraz ediblər: «Bu məsələnin müzakirəyə çıxarılmasının özü belə doğru deyil. Referendumun keçirilməsi istənilən halda Dağlıq Qarabağı ya müstəqil edəcək, ya da Azərbaycandan ayırıb Ermənistana verəcək. Azərbaycan müxalifəti olaraq buna qəti etiraz etməklə yanaşı, Azərbaycan hökumətinin bu mövqedən geri çəkilməsini istəyirik. Əgər bu barədə razılıq əldə ediblərsə, bu prosesdən imtina olunsun, bu, danışıqlar predimeti ola bilməz. Ölkənin hansısa hissəsində referendum keçirilməsi bizim dövlət maraqlarımıza qəti şəkildə ziddir. Amma buna razılıq verilməyibsə, bunu da açıq şəkildə bildirsinlər». İ. Ağazadə deyib ki, bu istiqamətdə hakimiyyət tərəfindən addım atılmasa, müxalifət partiyaları kütləvi aksiyalar və digər tədbirlər həyaata keçirəcək.

Qeyd edək ki, toplantıda Ümid, Xalq Cəbhəsi, Demokrat, Liberal, Vətəndaş və İnkişaf və Milli İstiqlal partiyalarının rəhbərləri iştirak ediblər. Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın rəhbərliyi toplantıya dəvət olunsa da, qatılmayıb. İ. Ağazadə bildirib ki, həmin qurumların toplantıya qatılmaması bu işin davam etməsinə heç bir maneçilik yaratmır: “Onlar dəvət olunmuşdu. Toplantıya qatlmamaları onların Qarabağ məsələsinə münasibətini göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR