Bank Of Baku

Osloda “Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi” mövzusunda seminar keçirilir

Osloda “Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi” mövzusunda seminar keçirilir
# 18 mart 2010 12:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Osloda Avropa Şurası və Norveçin Yerli Hakimiyyətlər və Regional İnkişaf Nazirliyi tərəfindən “Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi” mövzusunda seminar başlayıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seminarın keçirilməsində məqsəd elektron səsvermənin tətbiq olunduğu seçkilərin müşahidə edilməsi üzrə standart və qaydaları özündə birləşdirən layihənin hazırlanmasıdır.

Toplantıya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da qatılıb. Seminar 2 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR