Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyalara qərar verib

Müsavat Partiyası kütləvi aksiyalara qərar verib
# 18 mart 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Novruz bayramından sonra kütləvi aksiyalar keçirəcək. Bu barədə APA-ya partiyanın mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, ölkədə bir sıra aktual problem var və partiya bu problemlərin həlli məsələsini hakimiyyətin qarşısında qaldırmaq fikrindədir: “Həm Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət, həm də parlament seçkiləri öncəsi ölkədə demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatların aparılması kifayət qədər aktual problemlərdir. Biz bununla bağlı dəfələrlə məsələ qaldırmışıq, amma hələlik real nəticə yoxdur”. A. Hacılı bildirib ki, aksiyaların keçirilməsi üçün yerlərin ayrılması barədə Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib və şəhər rəhbərliyinin cavabından asılı olaraq aksiyanın vaxtı təyin ediləcək.

A. Hacılı aksiyada digər müxalifət partiyalarının da iştirakının müzakirə olunacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR