Bank Of Baku

AMİP Siyasi Şurası qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıb

AMİP Siyasi Şurası qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıb
# 18 mart 2010 15:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda partiyanın qurultayının hazırlanması və həyata keçirilməsi üçün AMİP Siyasi Şurasının üzvü Arzuxan Əlizadənin sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması qərara alınıb. Partiyanın baş katibi və sədr əvəzi Fuad Muxtarovla bərabər, Siyasi Şura üzvü Arzuxan Əlizadəyə də qurultaya qədərki dövrdə partiya adından danışmaq səlahiyyəti verilib.

AMİP Siyasi Şurası ölkədəki mövcud sosial-iqtisadi durumu qeyri-qənaətbəxş hesab edərək, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyəti Azərbaycanın milli maraqlarına ciddi təhdid kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR