Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifət mitinq qərarı verməklə xaricdən maliyyə dəstəyi almağa çalışır”

Siyavuş Novruzov: “Müxalifət mitinq qərarı verməklə xaricdən maliyyə dəstəyi almağa çalışır”
# 19 mart 2010 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Hər dəfə seçkilərə yaxınlaşanda müxalifət partiyaları hansısa məsələləri gündəmə gətirir. Qarabağ problemi də müxalifətin yadına yalnız seçkilərdə düşür”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov partiyanın saytına açıqlamasında Müsavat Partiyasının Dağlıq Qarabağ problemi və digər tələblərlə mitinqlər keçirilməsi barədə qərarına münasibət bildirərkən deyib. O bildirib ki, müxalifət illərdir, belə vasitələrdən istifadə edir, amma bu, artıq köhnəlmiş taktikadır. S. Novruzovun sözlərinə görə, indiki müxalifət bu metodlardan istifadə edərək, 1992-ci ildə hakimiyyətdə olub, xalqı isə növbəti dəfə bu cür üsullarla aldatmaq mümkün deyil: “1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gəlib. Bu fakt onu göstərir ki, Azərbaycan vətəndaşları, seçiciləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasəti dəstəkləyir. Bu siyasətin dəstəklənməsi YAP-ın uğurlarının əsasını təşkil edir. Eyni zamanda bütün bunlar müxalifətin xalq tərəfindən boykot edildiyinin göstəricisidir”.

S. Novruzov qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində də müxalifətin qələbə qazanmaq şansı yoxdur: “Sadəcə, bu düşərgə hansısa mitinq qərarı verməklə xaricdən maliyyə dəstəyi almağa çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR