Bank Of Baku

MSK DSK-larda monitorinq aparacaq

MSK DSK-larda monitorinq aparacaq
# 19 mart 2010 12:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) Novruz bayramı başa çatdıqdan sonra dairə seçki komissiyalarının monitorinqinə başlayacaq. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, monitorinqin keçirilməsi üçün MSK üzvləri və katibliyin əməkdaşlarından ibarət 6 qrup yaradılıb. Qruplar aprelin 20-nə kimi monitorinqi başa çatdıracaqlar. Onlar DSK-ların iş şəraiti, sənədlərin vəziyyəti və digər məsələlərlə maraqlanacaqlar.

A. Sarıyev bildirib ki, parlament seçkiləri ilə əlaqədar aprelin 20-də həm aşağı seçki komissiyalarının üzvləri, həm də seçicilər üçün maarifləndirmə proqramı başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR