Bank Of Baku

Azərbaycan prezidenti Novruz şənliklərində iştirak edib

Azərbaycan prezidenti Novruz şənliklərində iştirak edib
# 20 mart 2010 11:26 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan prezidenti və xanımı martın 20-də qədim Qız qalasının qarşısında bayram münasibətilə təşkil olunmuş böyük mərasimə qatılıblar.

Novruz tonqalını alovlandıran prezident İ. Əliyev bayram şənliyində nitq söyləyib.

Dövlət başçısı bu il yanvarı 15-də dünyaya gəlmiş İlham İlkin oğlu Əhmədovun valideynlərinə onun Azərbaycanın 9 milyonuncu vətəndaşı olmasını təsdiq edən Şəhadətnaməni və hesabında 20 min manat olan Əmanət kitabçasını təqdim edib.

Sonra Azərbaycan prezidenti Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində iştirak edib.

Novruz bayramı münasibətilə keçirilən şənliklərə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR