Bank Of Baku

Əli Əhmədov: “Bəzi müxalifət partiyaları xarici qüvvələrlə əlaqəyə girərək seçkilərdə onların dəstəyini qazanmaq taktikası seçiblər”

Əli Əhmədov: “Bəzi müxalifət partiyaları xarici qüvvələrlə əlaqəyə girərək seçkilərdə onların dəstəyini qazanmaq taktikası seçiblər”
# 24 mart 2010 08:16 (UTC +04:00)
Həmin partiyalar xarici qüvvələrlə əlaqəyə girdiklərindən onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalırlar”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın saytına müsahibəsində deyib. Sədr müavini bildirib ki, onun söylədiklərini müxalifətin içərisində olan bir sıra şəxslər də təsdiqləyir.

Ə. Əhmədov hesab edir ki, Azərbaycan ictimaiyyəti müxalifətin içərisindən gələn bu cür siqnallara ciddi reaksiya verməli və xarici qüvvələrin maraqlarına xidmət edən, Azərbaycanın içərisində formalaşıb fəaliyyət göstərən siyasi partiyalara, onların təmsilçilərinə “yox” deməlidirlər: “Bu, onların seçimindəki səhvləridir və həm də çox böyük günahlarıdır. Onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın mili və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar. Milli maraqlara xidmət göstərməyi öz qarşısına məqsəd qoymayan və dar siyasi ambisiyalarının həyata keçirilməsinə çalışan partiyalar istər-istəməz qeyri-demokratik və qeyri-qanuni yollara əl atmış olurlar. Bu yollardan biri də ölkədən kənarda fəaliyyət göstərən və o ölkənin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaratmaqdan ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR