Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətinə cavab verməyib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının müraciətinə cavab verməyib
# 24 mart 2010 08:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının kütləvi aksiyalar keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verməyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı APA-ya açıqlamasında müraciəti martın 12-də şəhər İcra Hakimiyyətinə təqdim etdiklərini deyib: “Biz bayramdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla əlaqə saxladıq. O bildirdi ki, cavab bayramdan sonra olacaq, bayrama hazırlıqla əlaqədar cavab ləngiyib”.

A. Hacılı bildirib ki, istənilən halda İH qanuna müvafiq olaraq müraciətə vaxtında cavab verməli idi. Buna baxmayaraq, o, şəhər rəhbərliyinin cavabını gözləyəcəklərini və bundan sonra aksiyaların yeri və vaxtı ilə bağlı konkret qərar veriləcəyini söyləyib.

Qeyd edək ki, Müsavat Partiyası kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə “Nərimanov” kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və digər müvafiq yerlərdən birinin kütləvi aksiyalar üçün ayrılması xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR