Bank Of Baku

Hindistanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib

Hindistanın Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib
# 26 mart 2010 11:05 (UTC +04:00)
Görüşdə diplomata rayonun tarixi, mədəniyyəti, iqtisadi potensialı, yerli istehsal barədə geniş məlumat verilib.

Jurnalistlərin suallarını cavablandıran D. Şou Azərbaycanın Hindistan üçün hər zaman vacib ölkə olduğunu bildirib: “Hindistan Azərbaycanla müqayisədə böyük ölkədir. Biz istəyirik ki, təkcə neft sektorunda deyil, digər sahələrdə də əməkdaşlıq edək. Kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlıq üçün böyük imkanlar var. Turizmin inkişaf etdirilməsi olduqca vacibdir. Bu, təkcə ticarət məsələsi deyil, eyni zamanda insanların biri-birini daha yaxşı anlamasına kömək edir”.

Hindistanlı diplomat Tovuzun Ermənistanla həmsərhəd Əlibəyli və Hacıalı kəndlərində də olub. D. Şouya Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində dağıdılan qəbristanlıq, məktəb binası, üzərində güllə izləri olan yaşayış evləri göstərilib. Səfir həmçinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə olub və əsgərlərə hədiyyələr təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR