Bank Of Baku

MSK gələn həftədən Dairə Seçki komissiyalarının monitorinqinə başlayır

MSK gələn həftədən Dairə Seçki komissiyalarının monitorinqinə başlayır
# 27 mart 2010 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftədən Dairə Seçki komissiyalarının monitorinqinə başlayacaq.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlıdır və aprelin 15-nə kimi bu proses yekunlaşacaq.

Monitorinqlə əlaqədar MSK-da komissiyanın üzvlərindən və aparatın əməkdaşlarından ibarət qruplar yaradılıb. Kənd rayonlarından başlayacaq monitorinqlər ölkə ərazisindəki bütün DSK-ları əhatə edəcək. Monitorinq qrupları əsasən DSK-larn binalarının vəziyyəti, iş şəraiti, avadanlıqlar və sənədləşmə işləri ilə maraqlanacaq. Proses zamanı aşkar olunan problemlərin həlli üçün MSK müvafiq addımlar atacaq.

Monitorinq başa çatdıqdan sonra MSK parlament seçkiləri ilə bağlı seçki komissiyalarının üzvləri və seçicilər üçün maarifləndirmə proqramları həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR