Bank Of Baku

Həsən Kərimov: “Ümid Partiyasının yaradacağımız seçki blokunda təmsil olunacağı ilə bağlı məlumatlar yalandır”

Həsən Kərimov: “Ümid Partiyasının yaradacağımız seçki blokunda təmsil olunacağı ilə bağlı məlumatlar yalandır”
# 27 mart 2010 10:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı “Azadlıq” bloku ilə Azərbaycan Demokrat Partiyası (ADP) birgə seçki bloku yaratmaq istiqamətində danışıqları davam etdirir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, birgə seçki blokunun yaradılması ilə bağlı partiyanın Rəyasət Heyətində müzakirə aparılıb və bu, müsbət dəyərləndirilib. H.Kərimov bildirib ki, “Azadlıq” siyasi blokuna daxil olan partiyalar və ADP-nin birgə seçki bloku yaratmaq imkanı böyükdür: “Amma bu blokda Ümid Partiyasının da təmsil olunacağı ilə bağlı məlumatlar yalandır. Ümid Partiyası ilə bu barədə heç bir müzakirə aparılmayıb”. H.Kərimov seçki blokunun “Azadlıq” adlandırılması ehtimalının olduğunu da qeyd edib.

Ali Məclis sədri parlament seçkiləri ilə bağlı digər müxalifət partiyaları ilə də əməkdaşlığın mümkün olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR