Bank Of Baku

ADP Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinin Azərbaycan üçün ciddi təhlükə olduğunu bildirir

ADP Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinin Azərbaycan üçün ciddi təhlükə olduğunu bildirir
# 29 mart 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Madrid prinsiplərində nəzərdə tutulan şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhlükə yaranacağını bildirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən toplantısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ probleminin həllində Madrid prinsiplərinin əsas şərt olaraq Azərbaycan hökuməti tərəfindən qəbul edilməsi barədə səsləndirdiyi bəyanat müzakirə edilib. ADP rəhbərliyi hesab edir ki, xalqın aktiv iştirakı olmadan problemin yalnız bağlı qapılar arxasında həll edilməsi yolverilməzdir. İdarə Heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Dağlıq Qarabağ problemi və Qafqazda sabitliyin təmin edilməsinə dair digər məsələlər ətrafında Azərbaycan və Ermənistanın birgə iştirakı ilə üçtərəfli görüşlər keçirilməsi təşəbbüsünü təqdir edib. Partiya hakimiyyəti bu təşəbbüsün reallaşması istiqamətində zəruri addımlar atmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR