Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın toplantısı keçirilib
# 29 mart 2010 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratiya Uğrunda İttifaqın toplantısında (DUİ) ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırmların araşdırılması üçün beynəlxalq komissiyanın yaradılması təklifi irəli sürülüb. Klassik Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu təklifin həyata keçməsi üçün qurum müvafiq dövlət qurumlarına müraciət edəcək. Təklifdə bu soyqırımın araşdırılmasının bir qurumun və yaxud bir dövlətin işi olmadığı, iqtidarın, müxalifətin, Türkiyənin Azərbaycanın və ümumilikdə türk dünyasının işi olduğu, bunun beynəlxalq səviyyədə araşdırılmasının vacibliyi qeyd edilir.

DUİ rəhbərliyi həmçinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə Quba rayonundakı kütləvi məzarlığın ziyarət olunması barədə qərar qəbul edib.

Toplantıda 2010-cu il parlament seçkiləri ilə bağlı ittifaqın əksər seçki dairələrindən namizədlərin müəyyənləşdirildiyi bildirilib. İclasda aprelin ikinci ongünlüyündə növbəti Qarabağ Forumunun keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR